"Microsoft" korporasiyası "Surface Pro" istehsal xəttindən olan noutbukları yeniləyərək qurğunun beşinci nəslini təqdim edib. Ayrıca olaraq sensorlu ekrana malik noutbuklarla iş üçün uyğunlaşdırılan sensorlu qələm nümayiş olunub. Mühəndis Stivi Batiçin sözlərinə görə, "Microsoft Surface Pen" qurğusu ilə korporasiya irəliyə böyük addım atıb. İndi qələm basılmanı daha yaxşı imitasiya edərək pero qələm və ya karandaş təsəvvürü yaradır. Həmçinin, basılmadan cizgilərin qalınlığı asılı olur, qələm isə məlumatları kompüterə daha tez ötürür.
Məlumata görə, ekranda mürəkkəbin görünmə sürəti və çağırışa reaksiya vermə vaxtı 100 milli-saniyə təşkil edir. "Microsoft" nümayəndələrinin sözlərinə görə, bu, dünyada ən sürətli qələmdir. Məsələn, o, çağırışa reaksiya vermə baxımından əvvəlki nəsil qələmdən dörd dəfə sürətlidir. Həmçinin, "Microsoft Surface Pen" sürətinə görə "Apple" şirkətinin oxşar "Apple Pencil" aksessuarını iki dəfə üstələyir. Qələm həm yeni, həm də köhnə "Microsoft" noutbukları ilə işləyəcək. Lakin köhnə model noutbuklarda qurğunun sürətinin zəif olacağı qeyd olunur. "ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən xəbər verir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub