"Samsung" şirkəti qabaqcıl "Galaxy Note 8" smartfonunun satışa çıxarılması ilə bağlı məlumatı rəsmən təsdiq edib. Yeni qurğunun sentyabrın 1-6-da Berlində keçiriləcək "IFA" sərgisi çərçivəsində nümayişi nəzərdə tutulur.
2017-ci ilin sentyabrınadək yeni prosessorların buraxılmayacağı hamıya məlumdur. Cənubi Koreya istehsalçısı gücünə görə "Apple A10" çipli "iPhone 7" modelini geridə qoymaq üçün yeni qurğuda "Exynos 8895" və "Snapdragon 835" prosessorlarının sürətləndirilmiş versiyalarını tətbiq etmək niyyətindədir. Bundan başqa, internetdə qabaqcıl modelin naməlum materialdan hazırlanan korpusda fotoşəkilləri yayılıb. Mütəxəssislərin fikrincə, fotoda maket təsvir edilsə də, o, "Samsung"un nümayiş etdirəcəyi həqiqi smartfonun görünüşünə uyğundur.
Həmçinin, "Note 8"-in müqayisə üçün "Galaxy S7" ilə yan-yana qoyulan şəkili var. Buna əsasən dəqiqliklə demək mümkündür ki, elektron qələmlə təchiz edilən qurğunun ekranının tərəflərinin nisbəti 2:1 təşkil edir, eləcə də qoşa ön və əsas kamera quraşdırılıb. Yeni qurğu baza modifikasiyasında 6 qiqabaytlıq operativ yaddaş və "4K" formatlı 6,3 düymlü ekranla təchiz olunacaq. Bundan əlavə, fotoşəkildə əsas kameranın altında işıq diodlu işıqlandırıcı görmək mümkündür. Barmaq izi skanerinin olmaması isə "Samsung"un onu sensorlu ekranda quraşdırdığını deməyə əsas verir.
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub