“Facebook” rəhbərliyi özünün yaxın gələcəkdə yaradacağı video xidməti üçün şouların hazırlanması üçün mühüm addım atıb.
Sosial şəbəkə bu məqsədlə “Buzzfeed”, “Vox Media” və digər xəbər-əyləncə kontenti yaradıcıları ilə müqavilə bağlayıb.
“Facebook” üçün iki tip şou yaradılacaq: onlardan biri 20-30 dəqiqə davam edəcək və ssenariyə malik olacaq, digərinin epizodları isə uzağı 10 dəqiqə davam edəcək. “Facebook” bu tip proqramlar üzərində hüquqlara malik olmayacaq. Xatırladaq ki, hazırda sosial şəbəkədə onlayn-yayımlar mümkündür.
Qeyd edək ki, bu ilin mart ayında “The Wall Street Journal” qəzeti “Facebook”un öz video xidmətini yaratmaq planları barədə yazmışdı. Mümkün formatlar arasında şou, serial və proqramlar qeyd olunurdu. Roliklər elm, pop-mədəniyyəti, idman, həyat tərzi və videooyunlar mövzularını işıqlandırmalıdır. “Facebook” xəbərlərlə məşğul olmayacağını bildirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub