“Ölkədə ədəbi dil normalarının pozulmasını yoxlamaq məqsədilə 6 televiziya kanalı monitorinqə cəlb olunub”.
Mynews.az-ın report-a istinadən verdiyi məlumata görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisiNəzakət Qazıyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, budəfəki monitorinqə dövlət televiziyası da cəlb olunub:
“Monitorinqə AzTV, İTV, “Space”, “Lider”, “Xəzər” və ATV daxil edilib. Həm xəbər, həm də əyləncə verilişləri tədqiqata cəlb olunub”.
Mütəxəssis bildirib ki, dillə bağlı bəzi televiziya verilişlərində vəziyyət yaxşılaşsa da, bəzi qüsurlar hələ də müşahidə olunmaqdadır: “Əyləncə verilişlərində isə vəziyyət, demək olar, dəyişmir”.
O qeyd edib ki, telekanallarda fonetik səviyyədə üstünlük təşkil edən norma pozuntularından biri də samitlərin tələffüzü ilə bağlıdır: “Qida” – “gida”, “qeyd” – “geyd” və s. nümunələri göstərə bilərik. Bundan başqa, vurğu düzgün qoyulmur. Vurğunun düzgün qoyulmaması mənanın düzgün başa düşülməməsinə, hətta tamaşaçının yorulmasına gətirib çıxarır. Monitorinqlər zamanı dialekt faktlarına da rast gəlinib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub