“Facebook” şirkəti uşaqlar üçün xüsusi messencer istifadəyə vermək niyyətindədir.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bu messencer “Facebook”da hesab yaratmağı tələb etməyəcək, amma valideynlərə öz uşaqlarına nəzarət etməkdə və lazımi təhlükəsizlik səviyyəsini təmin etməkdə kömək edəcək.
“Engadget” nəşrinin əməkdaşlarının sözlərinə görə, Mark Zukerberqin komandasının yeni həlli “Snapchat” kimi analoji məhsullarla rəqabət aparacaq. Həmçinin şirkətin serverlərinin yüksək məhsuldarlığına baxmayaraq, ehtimal ki, onlar 24 saat ərzində arzuolunmaz məzmunun silinməsi məsələsinin öhdəsindən gəlmir. Qeyd edək ki, yalnız “Facebook” deyil, həmçinin “Twitter” və “YouTube” bu problemdən əziyyət çəkir.
Şayiələrə görə, “Talk” adlanacaq yeni proqram uşaq və yeniyetmələrin kontaktlarına tam nəzarət etməyə imkan verəcək və 16 yaşadək yeniyetmələr üçün nəzərdə tutulub. “Talk” messenceri oyunlar oynamağa, doğmalar, dostlarla foto və yazıları paylaşmağa imkan verəcək. Bu halda yeni messencer üçün “Facebook”da hesab açmaq lazım deyil, amma valideynlər “böyük” messencerin köməyi ilə uşaq tərəfindən şəbəkədə baxılan məzmuna nəzarət edə biləcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub