Qurudakı rəqabət suya keçir
Dünyanın ən böyük maşın istehsalçılarından olan "Lexus" asfaltdakı rəqabəti dənizə daşıyır. İstiPress-in məlumatına görə, "Lexus" uzun müddət davam edən hazırlıqdan sonra "Sport Yacht" konseptini təqdim edib. Markanın yaxın zamanda istehsalına başlamağı planlaşdırdığı yaxtada diqqətçəkən texnoloji yeniliklər də var.
12,3 metr uzunluğu olan yaxta karbon fiber hissələrdən ibarət olacaq. Bu isə standart bir yaxtadan daha yüngül olmaq deməkdir. "Sport Yacht"ın bir hissəsi isə gücləndirilmiş plastik parçalardan ərsəyə gələcək.
Dəridən olan kabinada masa, kondisioner, soyuducu, soba, hamam otağı da var.
"Sport Yacht" konseptinde "RC F Coupe", "GS F" və "LC500" modellerində də olan 5.0 litr həcmli 8 silindirli mühərrik yerləşdirilib. 440 at gücündəki mühərrik saatda 80 km sürət yığa biləcək.
"Sport Yacht"ın ilk olaraq Yaponiyada satışa çıxarılması planlaşdırılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub