"Galaxy Note 7" üçün tarix verildi
Dünyanın gözü uzun müddətdir partlayan telefonları ilə gündəmə gələn "Samsung"dadır.
Mynews.az-ın Hurriyet-ə istinadən məlumatına görə, uzun sürən araşdırmalardan sonra "Galaxy Note 7" tapmacasının cavabı açıqlanacaq. Telefonun partlama səbəbi yanvarın 23-də - telefon toplanması haqqında qərardan 3 ay sonra elan ediləcək.
"Samsung" daha öncə də "Galaxy Note 7"-lərin partlamasına yol açan problemin müəyyən edildiyini və bu ay ərzində ictimaiyyətə açıqlayacağını elan etmişdi. Amma dəqiq tarix bildirilməmişdi.
2017-ci ilin sonuna qədər 60 milyondan çox telefon satma hədəfi olan "Samsung"un bu istəyinə bir az bu açıqlama təsir edəcək.
Qeyd edək ki, adıçəkilən modellər ötən ildə bir-birinin ardınca partlaması, yanmaları ilə gündəmə gəlmişdi. Nəticədə "Samsung" yüzlərlə müştərisini itirib. Vəziyyət o dərəcədə təhlükəli həddə çatıb ki, hətta hava yolları şirkətləri, o cümlədən AZAL reyslərində "Samsung Galaxy Note 7" smartfonlarının daşınmasını tam qadağan edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub