İstifadə etdiyiniz telefonunuzda əgər bu tətbiqlər varsa ya daha az istifadə edin ya da dərhal silin. Əks halda, telefonlarınızın get-gedə məhv olduğunun şahidi olacaqsınız.
Mynews.az Moderator.az-a istinadən “ağıllı” telefonları məhv edən tətbiqləri, funksiyaları təqdim edir:
Ekran işığını azaldın: Ekran işığı telefondakı enerji deposunu ən sürətlə gəmirən komponentlərdən biridir. Bu səbəbdən ekran parlaqlığını azaltmaq enerji deposunun həm uzunmüddətli, həm də stabil işləməsini əmin edəcək;
”Arxa plan” fəaliyyətini azaldın: Arxa plandakı tətbiqlərin çoxunun qapanması onların enerji sərfinə mane olacaq. Sosial şəbəkələrdə birinin sizdən bəhs etməsi xəbərdarlığını almaq çox əhəmiyyətli deyilsə, bu funksiyanı dan söndürə bilərsiniz. Telefondakı təyyarə rejimini yalnız uçuş zamanı istifadə olunan əməliyyat bilməyin. Narahat edilmək istəmədiyinizdə və ya enerji sərfini ləngitmək istədiyinizdə təyyarə rejimi çox faydalı ola bilir.Təyyarə rejimində olan telefonlar daha sürətlə enerji yığır.
Yerləşmə parametrləri bağlayın: Bu tətbiqlər də telefondakı cərəyan ehtiyatını öldürür. Telefonunuzu ən az ayda bir dəfə olmaq üzrə gərəyindən çox şarj edin, məsələn, 30 dəqiqə artıq.
Bu tətbiqlərdən olan “bluetooth” ilə işiniz yoxdursa bağlaya bilərsiniz. Açıq olduğu müddətcə cərəyanı azaldacaq.
Android istifadəçilərinin enerji sərfinin ömrünü uzatması üçün animasiyalı divar kağızlarından istifadə etməməsi lazımdır. Animasiyalı divar kağızı, telefonun prosessorunu daha çox yorduğu üçün daha çox daha çox güc sərf etməsinə səbəb olur. “Ağıllı telefonlar”ın enerji bazaları istifadə edildikcə iş qabiliyyəti zəifləyir. Cərəyan sərfinin müddətini uzatmaq üçün prioritetli olaraq istifadəçilərin uyğun “şarj alətləri”ni istifadə lazımdır. Bütün mobil cihazları, şarj etmək üçün enerji bazalarının- “batareyaları”nın tamamilə boşalmasını gözləyin. Əks halda, enerji bazasının fəaliyyəti pozula bilər.