Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və İspaniyanın “Telefonica” rabitə operatoru açıq “Əşyalar interneti” (IoT) laboratoriyası yaradıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Çilidə istifadəyə verilən “NB-IoT Open Lab” layihəsinin məqsədi darzolaqlı “Əşyalar interneti” texnologiyaları ilə əlaqədar həll və əlavələrin hazırlanmasını sadələşdirmək və sürətləndirməkdən ibarətdir.
Laboratoriya mobil “IoT” şəbəkə bazarına qabaqcıl həllərin çıxarılması üçün istehsalçı, tərəfdaş, ekspert, tərtibatçı və dizaynerlər ekosisteminin yaradılması üçün nəzərdə tutulub. Onlar “Huawei”in resurs və imkanlarının “Telefonica” şirkətinin tədqiqat mərkəzinin elmi-texniki bazası, eləcə də, resurs və innovasiyaları ilə birləşdirilməsi sayəsində “IoT” texnologiyalarından birinci yararlana biləcəklər.
Məlumata görə, “NB-IoT” laboratoriyası çərçivəsində praktik “IoT” texnologiyalar mərkəzi yeni texnologiyaların tətbiqində maraqlı olan “Əşyalar interneti” cəmiyyətinin iştirakçılarının görüş yerinə çevriləcək. Texnologiyanın tətbiqinə proqram təminatının uyğunluğunun sınaqları üzrə görüşlər, birgə işlənmə və testlər, startaplar üçün treninq və proqramlar, eləcə də, digər çoxlu birgə tədbirlər xidmət edəcək. Laboratoriya faydalı əməkdaşlıq üçün platforma rolunu oynamaqla tədarükçülərə birlikdə yeni “IoT” servislərinin tətbiqini sürətləndirməyə imkan verəcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub