Cənubi Koreyanın LG şirkəti “Watch Style” və “Watch Sport” smart saatlarını rəsmən təqdim edib.
Mynews.az-ın “Phone Arena” saytına istinadən verdiyi xəbərə görə, bu saatlar bazarda “Android Wear 2.0” bazasında çalışan ilk “ağıllı” saatlardır.
Hər iki model bənzər dizayna malikdir. Onlar dairəvi displeyə sahibdir və 4 GB yaddaş, fırlanan yan düymə, “Google Assistant” səs köməkçisi, toz və nəmdən müdafiə funksiyaları ilə təchiz olunub.
“Style” modeli daha kompakt ölçüsü və nazik korpusu ilə fərqlənir. O, 1,2 ölçülü, 360*360 piksel OLED-displey, 512 MB operativ yaddaş və 240 meqa Amper-saat həcmli akkumulyatora malikdir. “Watch Style” gümüşü, qızılı-çəhrayı və titan rənglərində buraxılır.
“Watch Sport” modeli isə daha iri və “Android Wear” sayəsində daha güclüdür. Saat 1,38 ölçülü, 480*480 piksel OLED-displeyə, 768 MB operativ yaddaşa, 430 mAs həcmli akkumulyatora və nəbz ölçənə malikdir. Saat 3G və 4G şəbəkələrini, GPS və NFC-ni dəstəkləyir. Saatdan “Android Pay” vasitəsilə ödəniş etmək mümkündür. “Watch Sport” tünd göy və titan rənglərində buraxılacaq.
“Watch Style” və “Watch Sport” ABŞ-da fevralın 10-da satışa çıxarılacaq. Bir qədər sonra isə Cənubi Koreya, Kanada, Britaniya, Tayvan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada satışlar başlayacaq. “Style” modelinin qiyməti 250 dollar, “Sport” modelinin qiyməti isə 350 dollar olacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub