"Facebook" sosial şəbəkəsi fövqəladə hallarda avtomatik aktivləşən "Safety Check" servisinin imkanlarını genişləndirir. Belə ki, servisə təbii fəlakətlər zamanı qarşılıqlı yardımın təşkilinə kömək edəcək "Community Help" (Cəmiyyətin köməyi) funksiyası əlavə olunub.
Mynews.az xəbər verir ki, hər bir istifadəçi "Safety Check" xidmətinin avtomatik işə düşdüyü (servis eyni yerdən müəyyən fəlakət və ya böyük hadisə barədə çoxlu məlumatlar daxil olanda işə salınır) ərazidə olduğu zaman ətrafdakı insanlara yemək, su, qan və ya nəqliyyatdan istifadə imkanı təklif edə və ya istəyə bilər.
Rahatlıq üçün müvafiq "Facebook" səhifəsində yardım kateqoriyaları yerləşdirilib. Orada, həmçinin "Heyvanlar üçün qida", "Uşaq əşyaları", "Geyim" bölmələri yer alıb.
Bundan başqa, "Community Help" fəlakət zonasında insanların axtarışına və onlarla rabitə əlaqəsi qurmağa kömək edəcək.
İlkin mərhələdə "Community Help" funksiyası sınaq rejimində ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və Səudiyyə Ərəbistanında təbii fəlakətlər şəraitində işləyəcək.
Sonradan sınaq müddətinin nəticələrinə uyğun olaraq bütün qeydə alınan çatışmazlıqlar aradan qaldırılaraq bu funksiyadan bütün ölkələrdə və bütün fövqəladə hallarda istifadə mümkün olacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub