“Google” korporasiyası “Gmail” elektron poçt servisindən istifadə edənlərin məktublarını “oxumağı” dayandıracaq. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bundan əvvəl “Google” hədəflənmiş reklam üçün bu təcrübədən istifadə edib. Yenilik 2017-ci ilin sonuna kimi tətbiq ediləcək.
Elektron məktubların oxunması dayandırıldıqdan sonra hədəflənmiş reklam istifadəçilərin sazlaması və axtarış sorğuları əsasında göstəriləcək. Korporativ müştərilər üçün nəzərdə tutulmuş “G Suite” ödənişli versiyası bu prinsip üzrə işləyir.
Korporasiyanın nümayəndələri qeyd ediblər ki, onun poçt xidmətlərinin müştəriləri öz məlumatlarının məxfiliyinə əmin ola bilərlər.
“Gmail” servisinin auditoriyası 1,2 milyard nəfərdən çoxdur, “G Suite” servisindən isə 3 milyondan çox şirkət istifadə edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub