Böyük Britaniyanın “Press Association” xəbər agentliyi “Google”dan robot-jurnalist layihəsi üçün 800 min dollardan çox maliyyə vəsaiti alıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, “Radar” adlanan layihə çərçivəsində xəbərləri robotların yazması nəzərdə tutulub. Robot jurnalistlərin ay ərzində yerli KİV üçün 30 mindən çox xəbər hazırlaya biləcəyi ehtimal edilir. Layihəyə 2018-ci ildə start veriləcək.
Hazırda layihə üzərində 5 nəfər işləyir. Onlar açıq mənbələrdən alınan və tibb, kriminal, məşğuluq və digər sahələrə aid olan xəbərləri avtomatlaşdırmağa çalışır.
“Radar” yerli qəzet və saytların reklam və digər gəlirlərin azlığı şəraitində fəaliyyət göstərməsinə yardım edəcək. İnsanlardan tam imtina nəzərdə tutulmur, onlar xəbərləri redaktə etməyə davam edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub