Növbəti dəfə əlimizdə sönmüş telefonu tutarkən, evdə batareyanı doldurmadığımıza görə heyfsilənirik. Və ya çox gözlədiyimiz mesajı aldıqda qara ekrana baxaraq: “Görəsən, orada nə yazılmışdı?” sualı haqda düşünürük.
Çoxumuzun hətta bir neçə şarj cihazı var: ev üçün ayrı, iş üçün ayrı. Amma bunlar hamısı keçmişdə qaldı. Yeni, inanılmaz dərəcədə funksional, “Galaxy A5” tez-tez şarj olunma problemini həll edir. 3000 mAh akkumulyatoru ilə sevimli cihazınızdan əvvəlkindən daha çox zövq ala biləcəksiniz.
Sizin aktiv “Instagram” istifadəçisi və ya saatlarla telefonla danışan iş adamı olmağınızdan asılı olmayaraq “Galaxy A5” əla seçimdir.
Gücləndirilmiş akkumulyatordan əlavə, istifadəçiləri daha bir sürpriz gözləyir. Gününün çox hissəsini qaçaqaçda keçirən şəhər sakini üçün əvəzolunmaz - sürətli şarj funksiyası ilə tanış olun.
Yeni USB Type C - portu ilə təchiz olunmuş smartfona, batareyasını tam doldurmaq üçün 1 saatdan azca çox vaxt lazımdır.
Təbii ki, sürətli şarj funksiyası “Samsung Galaxy A5”-i daha da irəli çəkir və tələb olunan edir.
Bizim həmyerlilərimiz, elə bu gün premium təbəqəsinə məxsus yüksək keyfiyyətdən sərfəli qiymətə həzz ala bilərlər, çünki smartfon artıq satışdadır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub