Fransanın “NAVYA” şirkəti ilk sürücüsüz “ARMA” elektrik mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb.
Mynews.az xəbər verir ki, “lidar” optik ötürücüləri, hərəkət ötürücüləri, “GPS” naviqasiya sistemi və kameralarla təchiz edilən elektroavtobus yolda hərəkət edərək digər avtomobilləri, ağac və piyadalar üçün yol nişanlarını fərqləndirə bilir. Yeni nəqliyyat vasitəsinin sürəti aşağı olsa da, ondan taksi kimi istifadə etmək mümkündür.
Məlumata görə, “ARMA” artıq Fransa Atom Elektrik Stansiyasının əməkdaşlarını bir dəfəyə 15 sərnişin olmaqla təyinat yerinə çatdırmağa başlayıb.
Qeyd olunur ki, mikroavtobus dizellə işləyən digər analoqlarından daha qənaətcildir. Çünki elektroavtobusa texniki xidmət üçün az vəsait tələb olunur, həmçinin elektrik enerjisi benzin və ya solyar yağından ucuzdur, işə sürücü götürməyə isə ehtiyac yoxdur.
Elektroavtobusun qiyməti açıqlanmasa da, nəqliyyat vasitəsinin təkcə AES əməkdaşları üçün deyil, hamıya gərəkli olacağı bildirilir.
Şirkətin məlumatına görə, yaxın vaxtlarda yığılmasına başlanılacaq avtobusların tədarükləri bu ilin üçüncü rübünə planlaşdırılır.
Oxu.Az
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub