“Google Play” internet mağazasında yer alan yüzlərlə mobil tətbiq (mobile application) “BankBot” adlı troyan virusuna yoluxub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, “Dr. Web” antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, mobil cihaza daxil olduqdan sonra virus müxtəlif sosial şəbəkələrin messencerlərindən (“Viber”, “Spanchat”, “Instagram”, “WhatsApp”) yazışmaları ələ keçirir. Bununla yanaşı, virus mobil cihazın sahibinin bank hesablarını da ələ keçirməyə qadirdir.
Mütəxəssislər deyir ki, “BankBot” yükləndikdən sonra proqramın yarlığını silir, lakin fon rejimində fəaliyyət göstərməyə davam edir.
“Dr. Web”in hesablamaları göstərir ki, hazırda “Google Play” mağazasında mövcud olan təxminən 400 tətbiq “BankBot”a yoluxub.
Hazırda virusa daha çox Böyük Britaniya və ABŞ-dan olan istifadəçilərin mobil cihazları məruz qalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub