Park Bulvar ticarət və əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında ilk yeni nəsil lazer kinoproyektoru quraşdırılıb.
Mynews.az bildirir ki, bu haqda kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov xəbər verib.
Adi proyektordan fərqli olaraq, yeni nəsil lazerli proyektor dolğunluq yaradır və kontrastlığı artırır, beləcə izləyiciyə böyük ekranda maksimal dərəcədə daha aydın görüntü izləməyə imkan yaradır. Proyektorun kontrastlığı artırması filmin görüntüsünə qərq olmağa imkan yaradır, eyni zamanda çox parlaq və çox tünd rəngləri və hamar rəng keçidlərini əks etdirir.
Onu da qeyd etmək lazımdır ki, lazerli proyektorla film izləryən zaman görüntünün işıldaması halı baş vermir. İşığın ekranda bərabar şəkildə paylanılması nəticəsində, insan gözü əks olunmuş görüntünü bütün bir vəhdət olaraq qavrayır.
"Azərbaycanda ilk yeni nəsil lazer proyektorunun Park Cinema-da quraşdırıldığına görə çox şadıq - bu, kinomanlar üçün əsl hədiyyədir. Sözügedən proyektorun əsas üstünkləri arasında görüntü dəqiqliyi, yüksək səviyyədə kontrastlıq və rənglərin yüksək keyfiyyətdə ötürülməsi kimi xüsusiyyətləri qeyd etmək lazımdır. Əminik ki, izləyicilər bu cür görüntünün bəxş etdiyi fərqi elə ilk dəfədən hiss edəcəklər", - deyə Musa Axundov bildirmişdir.Qeyd edək ki, Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub