“Google” şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən “İnstant” texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə “Google” nümayəndəsi “Search Engine Land” nəşrinə açıqlamasında deyib.
Texnologiya 2010-cu istifadəyə verilib. “Google” o zaman axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “İnstant” ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. “O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz “İnstant”ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik”, - deyə “Google” təmsilçisi söyləyib.
Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub