“Facebook” şirkətinin kapitallaşması dünən ilk dəfə olaraq 500 mlrd. ABŞ dolları səviyyəsini keçib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə NASDAQ texnologiya birjası məlumat yayıb. Nəticədə, “Facebook”un səhmləri 3,3% bahalaşaraq 171,5 dollara satılıb.
Qeyd edək ki, iyulun 26-da digər onlayn ticarət şirkəti - “Amazon”un kapitallaşması 500 mlrd. dollar səviyyəsini ötüb və onun qurucusu Cef Bezos (Jeff Bezos) qısamüddətli də olsa, dünyanın ən zəngin insanına çevrilib. O, 8 saat sonra yenidən liderliyi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsə ötürüb. Buna səbəb “Amazon”un II rüb mənfəətinin ötən illə müqayisədə 77% azalması olub.
Xatırladaq ki, kapitallaşması yarım trilyon dollardan çox olan 3 texnologiya şirkəti var. Bu, “Apple” (798 mlrd. dollar), “Google” (667 mlrd. dollar) və “Microsoft”dur (571 mlrd. dollar).
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub