Bağırsaq çöpündən ibarət bioloji kompüter yaradıldı

806
Bağırsaq çöpündən ibarət bioloji kompüter yaradıldı

Harvard Universitetinin genetiklər qrupu bağırsaq çöpünü bioloji kompüterə çevirməyə nail olub. Bakteriya əsasında, həmçinin elektrik siqnallar rolunu ribonuklein turşusu (RNT) molekullarının oynadığı məntiqi sxem yaradılıb.

Mynews.az Oxu.Az-a bildirir ki, alimlər bioloji kompüterlərin yaradılması ilə uzun müddətdir məşğuldurlar. Artıq dezoksiribonuklein turşusu (DNT) əsasında çoxlu kompüterlər ərsəyə gətirilib. Bununla yanaşı, ABŞ-da özündə müxtəlif ştammlı bakteriyaları birləşdirən biokompüter düzəldilib. Lakin bu sahədə qazanılan uğurlara baxmayaraq DNT kompüterləri bir əhəmiyyətli çatışmazlığa malikdir. Belə ki, iş prosesində iştirak edən bütün DNT zəncirləri ciddi şəkildə müəyyənləşdirilmiş funksiyanı yerinə yetirirlər. Yəni DNT molekulunun strukturunu dəyişmədən bioloji kompüterin yeni əməliyyatlar yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən indiyədək alimlər bir takt tezliyində bir məntiqi əməliyyat yerinə yetirən sadə biokompüterlər yaradıblar. 

Bildirilir ki, Harvard ekspertləri başqa yol seçərək DNT əvəzinə, qısa RNT molekullarından istifadə etmək qərarına gəliblər. Bu yanaşma onlara yarımkeçirici proseslərinin bütün funksiyalarını həyata keçirə bilən biokompüter yaratmağa imkan verib. RNT bakteriya molekulları “sancaq” formasındadır. “Sancaq”lar onlara uyğun “sancaq” dəstinə malik digər RNT molekulu qoşulanda formasını dəyişməyə başlayır. RNT forması ribosomun onu oxuya və hüceyrəni müəyyən siqnal verməyə məcbur edən zülal molekulunu yığa bilməsini müəyyənləşdirir. RNT molekulu sonluqlarında müxtəlif tip “sancağı” birləşdirməklə çıxışda müxtəlif siqnallara nail olaraq yarımkeçirici sxemlərinin məntiqi elementlərinin analoqlarını yaratmaq mümkündür. 

Məlumata görə, Harvard alimləri RNT molekulundan 4 əsas məntiqi əməliyyatı emal edən və istənilən məntiqi ifadələri yoxlayan bir neçə universal hesablayıcı bloklar yaradıblar. Bunun işləməsinə əmin olduqdan sonra mütəxəssislər bir neçə bloku 12 məntiqi əməliyyatı yerinə yetirərək 5 müxtəlif kimyəvi siqnalı emal edən 444 zəncir halqasından ibarət sistemdə birləşdiriblər.

Biokompüterlərdən canlı hüceyrələrin daxilində proseslərin izlənilməsi, eləcə də insan sağlamlığının vəziyyətinə nəzarət ötürücülərinin yaradılması üçün istifadə etmək mümkündür.

Xəbər lenti