"Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.
Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub