“Facebook” şirkəti tərəfindən mobil proqramın dizaynına edilmiş kiçik dəyişikliklər xəbər lenti üzrə naviqasiyanı sadələşdirməli və onu oxumaq üçün daha əlverişli etməlidir.
Mynews.az xəbər verir ki, indi nəşrlərə yazılmış şərhlər daha çox müzakirəni xatırladır və şərhlərdən hansının başqa istifadəçilərin fikirlərinə cavab olduğu, hansının isə posta aid olduğunu başa düşmək asandır. Ehtimal ki, sosial şəbəkənin nümayəndələri yad adamları heç olmasa, şərhlərdə bir-biri ilə ünsiyyət qurmağa sövq edirlər.
Başqa dəyişikliklər az nəzərə çarpır. Xəbər lentinin başlığı tamamilə göy rəngə boyadılıb. Şirkətin nümayəndələrinin fikrincə belə fonda mətn daha yaxşı oxunur. Yuxarı hissədə yerləşdirilmiş ikonkaların ölçüləri böyüdülüb və onların üzərinə klik etmək asanlaşıb. Qeyd edək ki, yeni xəbər barədə məlumat verən ikonka indi zınqırova oxşayır və post dərc etmiş istifadəçilərin fotosu dairəvi formadadır. "Bəyən", "Şərh", "Paylaşmaq" ikonkaları, həmçinin dəyişikliyə məruz qalıb.
Həmçinin sosial şəbəkə üzrə naviqasiya sadələşdirilib.
Beləliklə, sosial şəbəkənin görünüşü “Instagram”ı xatırladır. Yeni dizayn bir neçə həftə ərzində istifadəçilərə əlçatan olacaq.
Oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub