“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.
Mynews.az-ın Trend-ə istinadla məlumatına görə, “Facebook” məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək.
Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək.
Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib.
Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.
Bir neçə gün öncə “Facebook” sosial şəbəkəsində yayılan vurisla bağlı Trend-ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də eyni mövzu istiqamətində maraqlı fikirlər səsləndirib.
O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: “Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayılsın. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız, saxta informasiyaları dövriyyəyə salmaq məqsədilə də yayıla bilər”.
O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub