“Google” şirkəti zəif internetə malik regionlarda tətbiq üçün nəzərdə tutulmuş “Search Lite” proqramının sınaqlarına başlayıb. Hələ ki, bu proqram yalnız İndoneziyada əlçatandır.
Mynews.az Oxu.Az-a istinadən yazır ki, “Search Lite” mobil proqramının funksional imkanları adi krossplatformalı proqramların imkanları ilə oxşardır. Məsələn, istifadəçilər axtarış sorğularını klaviaturadan və ya səslə daxil edə bilərlər. Tərcümə imkanları, “Google News” bölməsinə giriş, lokal informasiyanın göstərilməsi (hava proqnozu və sairə) nəzərdə tutulub. Dizayndakı fərqlər nəzərəçarpandır.
“Search Lite” mobil proqramı iş prosesində az həcmdə trafik sərf edir.
Bu, “Google” tərəfindən zəif internetə malik ölkələr üçün proqramın yüngül versiyasının istifadəyə verilməsi ilə bağlı ilk cəhd deyil. Ötən il Hindistanda məhdud internet çıxışa malik regionlar üçün nəzərdə tutulmuş “YouTube Go” mobil proqramı istifadəyə verilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub