“Instagram”ın son yenilənməsində şərhlərə və onlara aid cavablara foto ilə video əlavə etmək funksiyası gəlib.
Mynews.az Technote-yə istinadən xəbər verir ki, bir neçə gün öncə “Instagram” şərhlər bölməsinin təsvirini dəyişmişdi.
Yenilənmiş şərh bölməsi çox rahat şəkildə reallaşdırılıb. Bundan sonra kimsə sizin şərhinizə cavab versə, həmin cavab bildiriş siyahısına deyil, ismarıclar bölməsinə bərkidilir. Bundan başqa, şərhlərə cavab olaraq foto və video da əlavə etmək imkanı var.
Həmçinin, istifadəçilər bundan sonra “Direct”də hər hansısa bir ismarıcı digər insanlara göndərə bilərlər.:
“Bundan sonra sizin cavabınız avtomatik olaraq təsvirləri özündə birləşdirəcək. Sadəcə olaraq cavablandırmaq düyməsinə klik edərək kameraya daxil olun və selfi çəkərək onu ismarışınıza birləşdirin”, – deyə “Instagram”ın rəsmi bloqunda qeyd olunub.
Daha bir yenilik isə ondan ibarətdir ki, istifadəçilər bundan sonra öz fotolarını müxtəlif təsvirlərlə birləşdirə, onlara effektlər əlavə edə biləcəklər. “Instagram”a gələn bu yeniliklər həm Android, həmdə iOS sistemləri üçün aktivdir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub