"Juniper Research" analitik şirkətinin proqnozuna görə, 2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil edəcək.
Mynews.az ICTnews-a istinadən bildirir ki, proqnoza görə, Çin, ABŞ və Yaponiya 5G şəbəkələrinə qoşulmaların sayı üzrə lider dövlətlər olacaqlar. 2025-ci ilə 5G şəbəkələrinə qoşulmaların ümumi sayının 55%-i bu üç ölkənin payına düşəcək.
Analitiklər yeni simsiz texnologiyanın rabitənin keyfiyyətinə görə fiber optik xətlə rəqabət aparması üçün mobil operatorlara real iş şəraitində 5G şəbəkələrini genişmiqyaslı sınaqdan keçirməyi məsləhət görürlər.
"Maksimum sürəti və qoşulmanın etibarlılığını təmin edəcək şirkətlərin şəbəkələri "ARPC" (bir qoşulmadan götürülən orta gəlir) üzrə ən yüksək göstəricilərə nail ola biləcək ki, bu da operatorlara "5G" texnologiyasına yatırılmış investisiyalarını geri qaytarmağa imkan verəcək" - hesabatın müəllifi Sem Beyker deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub