Dünyanın 26 ölkəsini təmsil edən 116 mütəxəssis BMT-yə müraciət edərək avtonom silah sistemlərinin işlənib hazırlanması və istifadəsinin qadağan olunmasını istəyib.
Mynews.az xəbər verir ki, müraciət müəllifləri arasında “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı İlon Mask və süni intellekt üzrə tədqiqatlar aparan “DeepMind” şirkətinin təsisçisi Mustafa Süleyman da var.
Mütəxəssislər xəbərdarlıq edir ki, insanın iştirakı olmadan savaş apara biləcək robot texnologiyasının inkişafı üzrə ölkələrin mümkün yarışı dünya tarixində bu sahədə üçüncü inqilaba səbəb ola bilər (Birinci inqilab barıtın, ikinci inqilab isə nüvə silahının icad olunması sayılır). “Yeni silah tipi terrorçular və diktatorlar tərəfindən dinc əhaliyə qarşı istifadə oluna bilər. Bundan başqa, hakerlərin də bu silah sistemlərinə müdaxilə edərək onlardan yolverilməz məqsədlər üçün istifadə etməsi mümkündür”, - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, məktub Melburnda süni intellekt məsələləri üzrə beynəlxalq konfransın açılışı ərəfəsində BMT-yə göndərilib. “The Guardian” yazır ki, avtonom letal silahlar artıq mövcuddur. Belə ki, “Samsung”un işləyib hazırladığı yeni SGR-A1 növbətçi-robotu atəş açmaq barədə müstəqil qərar verməyə qadirdir. Qatil robotlar barədə işlər ABŞ və Rusiyada da aparılır.
Oxu.Az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub