“Facebook” dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır. Ancaq bu dəyişikliklər “Facebook” istifadəçiləri tərəfindən çox vaxt mənfi qiymətləndirilir.
Son olaraq tərtibatçılar parlaqlığı və mətnin şriftini yaxşılaşdıran yenilənmə aparıblar. Bu, istifadəçilərin xəbərləri daha asanlıqla oxumasına və gözlərinin daha gec yorulmasına şərait yaradacaq. Təkcə mətn deyil, “like” hissəsi də böyüdülüb.
İstifadəçilərin gözlədikləri əsas yenilənmələrdən biri isə profil fotolarının görünüşüdür. Bundan sonra onlar dairəvi olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub