“Facebook" sosial şəbəkəsi təhlükə zonalarında olan (məsələn, terror hücumları, təbii fəlakətlər zamanı) istifadəçilərin öz dostlarına xəbər verməsi üçün nəzərdə tutulan "Safety Check” funksiyasını daimi fəaliyyət göstərən ayrıca bölməyə çevirib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, yeni bölməyə artıq dünyanın hər yerindən təhlükəli vəziyyətlər barədə məlumatlar axacaq. Bunun sayəsində köməyə ehtiyacı olan, eləcə də onlara kömək göstərmək istəyən istifadəçilər bu niyyətlərini həyata keçirə biləcəklər.
Şirkətdən dəqiqləşdiriblər ki, yeni bölmə yaxın həftələrdə “Facebook”un veb versiyasının və mobil əlavələrinin bütün istifadəçiləri üçün əlçatan olacaq.
Qeyd etmək lazımdır ki, “Safety Check” bildiriş sistemi bir neçə dəfə qeyri-korrekt çalışıb. Belə ki, 2016-cı ilin dekabrında sistem Talilandda guya partlayış baş verdiyinə dair yalan xəbərdən sonra aktivləşib. Halbuki partlayış 2015-ci ildə baş vermişdi. Bu ilin mayında Moskvadakı qasırğa zamanı isə sistem işə düşməyib və 1 sutka sonra aktivləşib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub