“Facebook” sosial şəbəkəsində 125 yeni ailəvi emoji yaradılıb.
Mynews.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, artıq istifadəçilər müxtəlif dəri çalarlarına malik bir çox kombinasiya seçə biləcəklər. Ancaq tərtibatçılar irqlərarası ailələrin olduğunu nəzərə almayıblar. 125 yeni emoji arasında dərisinin rəngi müxtəlif olan ailələrə yer verilməyib, bu isə amerikalı istifadəçiləri qəzəbləndirib. Çünki ABŞ-da, eləcə də Avropada valideynlərin müxtəlif millətlərdən olması geniş yayılıb.
Yeni smayliklərdə çoxsaylı uşaqları olan ailələrə və tək ana və atalara da rast gəlmək mümkündür. Ümumilikdə 7 müxtəlif dəri rənginə malik emojilər təqdim olunub. Uşaqlar valideynlərinin rəngində göstərilib. “Facebook” istifadəçiləri bunu düzgün hesab etmirlər və şirkəti bütün ailələrin xüsusiyyətlərini nəzərə almağa çağırıblar.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub