“Apple” şirkəti İran üzrə “App Store” mağazalarından bir neçə populyar əlavələri silmək məcburiyyətində qalıb.
Mynews.az-ın lent.az-a saytına istinadən verdiyi məlumata görə, İranın telekommunikasiya naziri bu qərara mənfi münasibət bildirib.
Belə ki, avqustun 24-də “Snapp”, “Uber-like” əlavələri, çaparlıq üçün proqram, “DelionFoods” və İranda populyar olan digər əlavələr mağazadan silinib. Artıq “Apple” məhsullarının iranlı istifadəçiləri müvafiq proqramları istifadə edə bilməyəcəklər. Buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardır. Bu sanksiyalar KİV, telekommunikasiya sistemləri və amerikalı tərtibatçıların proqram bazasına da toxunub. Nəticədə “Apple” da zərər çəkib. Çünki bu, onlarla işçinin işdən çıxarılmasına və “App Store”un itkilərlə üzləşməsinə səbəb olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub