Goranboy sakini müxtəlif avtomobillərin ehtiyyat hissələrindən yeni bir texnika düzəldib. Texnika əsasən həyət yanı sahələrin və istixanaların becərilməsi üçün nəzərdə tutulub.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, 53 yaşlı xanəndə təsərüffat işləri görən texnika hazırlayıb.
Goranboyun Xanqərvənd kəndində yaşayan Məhərrəm Məhərrəmov 18 günə maraqlı görünüşü olan mini traktor düzəldib. Müxtəlif avtomobillərin ehtiyyat hissələrindən ərsəyə gələn təsərrüfat maşınına min manata yaxın xərc çəkib.
Kənddə böyük marağa səbəb olan texnika əsasən həyət yanı sahələrin və istixanaların becərilməsi üçün nəzərdə tutulub. O bu kiçik traktoru əkin, ot biçini və yük daşımada istifadə edir.
Mini traktor həm də yanacağa qənaət edir. Məhərrəm Məhərrəmov hazırda mini traktorun yer qazan və yük daşımaq üçün qoşqusunu hazırlayır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub