Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçiddən sonra regionlarda bəzi hallarda televiziya siqnallarının itməsi məsələsinə aydınlıq gətirib.
Mynews.az xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, bu, artıq texniki məsələdir: “Bu işlə yayım sahəsində fəaliyyət göstərən qurumlar məşğul olmalıdır. Bu məsələ televiziya kanalı ilə yayımı aparan qurum arasında həll olunmalıdır. Televiziya kanalı özü maraqlı olmalıdır ki, verilişləri daim hər yerdə yayımlansın”.
N.Məhərrəmli vurğulayıb ki, televiziya kanalının yayımında texniki problemlərin olması onun daxili işidir: “Təbii ki, əgər televiziya kanalı bilərəkdən, məqsədli şəkildə hər hansı bir ərazidə yayımı aparmırsa, artıq biz o məsələyə müdaxilə edirik. Çünki biz televiziya kanalına o ərazidə yayımı aparmaq üçün lisenziya vermişik. Amma yayımda texniki problem olursa, biz o məsələyə qarışmırıq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub