“Google” şirkəti real dünyada virtual obyektləri yerləşdirməyə imkan verən əlavə reallıq platformasını təqdim edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, “ARCore” adlanan platforma barədə “Google”ın “Android” tərtibatçıları üçün nəzərdə tutulan bloqunda məlumat verilib.
Yeni platforma proqram vasitələrinin toplusundan ibarətdir. Onun köməyi ilə kənar tərtibatçılar öz proqram əlavələrində əlavə reallıq texnologiyalarını reallaşdıra biləcəklər. Kamera, ekselometr və giroskopdan əldə edilən məlumatlar vasitəsilə “ARCore” ətraf məkanda cihazın dəqiq yerləşməsini müəyyən edir. O, ətraf işıqlandırmanı nəzərə alır və tərtibatçılara obyektləri öz əlavələrində real olaraq işıqlandırmağa və ya kölgələr yaratmağa imkan verir.
Qeyd edək ki, bu, “Google”ın ilk belə tərtibatı deyil. Bundan əvvəl şirkət “Tango” platformasını təqdim edib, lakin “ARCore”dan fərqli olaraq, “Tango” yalnız bazardakı iki smartfonla işləyə bilir. “ARCore” isə yeni cihazlarla bərabər, artıq mövcud olan “Google Pixel” və “Samsung Galaxy S8” cihazları ilə işləyəcək.
“Google” hesab edir ki, sınaq müddətinin sonunda “ARCore” 100 milyon ədəd cihazda istifadə ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub