“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri biznes hesab sahibləri üçün bir neçə yeni funksiya istifadəyə verib. Birincisi, sözügedən xidmətin komandası bu və ya digər brendə məxsus hesabın əsilliyini təsdiq etməyə imkan verib.
Kontaktın adının qarşısında yaşıl işarə olması bu telefon nömrəsinin biznes hesaba məxsus olduğu deməkdir. Bu funksiya beta-test mərhələsindədir: “WhatsApp” hələ ki yalnız bəzi brendləri təsdiqləyib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, ikincisi, şirkətin nümayəndəsi ilə ünsiyyətə başlayarkən “WhatsApp” bu barədə xəbərdarlıq edəcək. Çat daxilində sarı mesaj bu barədə məlumat verəcək. İstifadəçi biznes hesabla yazışmaq istəmədikdə istənilən vaxt kontaktı bloklamaq imkanı var.
Cari ilin yayında “WhatsApp” komandası növbəti rekordu paylaşıb: onun gündəlik auditoriyası (gündə bir dəfə mobil proqramdan istifadə edənlər) 1 milyard təşkil edib. Beləliklə, planetin hər 7-ci sakini “Facebook” şirkətinə məxsus rabitə xidmətinin istifadəçisidir.
Hər gün “WhatsApp” messenceri üzərindən 55 milyard mətn mesajı, 4,5 milyard şəkil və 1 milyard video göndərilir. Mobil proqram 60 dildə əlçatandır.
1
Şuşanın iki kəndinə köç olacaq
548 dəfə oxunub
2
Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA
528 dəfə oxunub
3
Hava dəyişir - Leysan yağacaq,dolu düşəcək
463 dəfə oxunub
4
Türkiyəli məşhurlar saxlanıldı
446 dəfə oxunub
5
Yas yerində zəhərlənənlərin son durumu - 19 nəfər...
445 dəfə oxunub