"Facebook" sosial şəbəkəsinin proqramçıları yalnız istifadəçinin üz ifadəsini təhlil deyil, həm də həmsöhbətin mimikasına reaksiya vermək qabiliyyətinə malik "Learn2Smile" alqoritmini yaradıblar.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, layihənin əsasını təşkil edən süni intellekt "Skype" servisində 250 videokonfransı təhlil edib.
Alqoritm danışıq zamanı hər bir sifətdə 68 standart nöqtənin yerləşməsini araşdırıb. Bu məlumatlar əsasında "Learn2Smile" alqoritmi əsas sifət ifadələri və qeyri-şifahi siqnalların kataloqunu tərtib edib. Məlumdur ki, insanlar həmsöhbətin söz və emosiyalarına reaksiya verərək, bir neçə ümumi hərəkət icra edirlər: baş ilə salam verir, baş əyir, göz qırpır. Alqoritmin yaradıcıları qeyd ediblər ki, hətta ağız və qaşların hərəkəti son dərəcə informativ ola bilər.
Proqramçıların sözlərinə görə, onların layihəsi avtomatik videoköməkçilərlə ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. Gələcəkdə belə botlar daha da təkmilləşəcək və onların dizaynı detallaşdırılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub