“WhatsApp”-ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib.
Mynews.az Metbuat.az-a istinadən bildirir ki, bundan sonra istifadəçilər “şəkil içində şəkil” videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər.
Daha istifadəçinin videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. O, tətbiqi bağlayaraq videozəngdən istifadə edə biləcək. Beləliklə, istifadəçi videozəngdən istifadə edərək smartfonda digər işlərini də görə bilər.
Daha bir yenilik isə mətnli statuslar ilə bağlıdır. İstifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. Siz hansısa mətni yazırsınız, daha sonra fon rəngini seçirsiniz və mətn şriftini istədiyiniz kimi dəyişirsiniz. Siz hətta həmin mətnə digər saytların linklərini də əlavə edə bilərsiniz.
Həmçinin, foto və videoları bir birinə qoşaraq onları “Snapchat”-dakı kimi təqdim edə bilərsiniz.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub