Yeni “iPhone” smartfonu korpusu 3 unikal rəngdə istehsal ediləcək.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu smartfonlar qara, ağ və mis rəngli olacaq. Məhz sonuncuya şirkət daha çox üstünlük verir və əmin edir ki, o, digərlərindən daha çox istifadəçilərin xoşuna gələcək.
Olduqca yeni və ən güclü “iPhone 8” smartfonunun rəsmi təqdimatı sentyabrın 12-də baş tutmalıdır. Şəbəkədə bu haqda məlumatlar yayılıb. Xüsusilə də alış üçün əlçatan olan keramik korpusun rəng variantları elan edilib. Standart olaraq ağ və qara rəngləri ilə hər kəs razıdır. Amma mis qızıl rəngi istifadəçiləri olduqca maraqlandırıb. “Apple”ın analitikləri maksimal üstünlüyü məhz bu rəngə verirlər. Çünki buna qədər korporasiyanın smartfonlarında buna bənzər rəngdən istifadə olunmayıb.
“iPhone 8”-in populyarlığını indidən qiymətləndirmək mümkündür və bütün dünya üzrə milyonlarla istifadəçi “Apple”nin yeni flaqmanının təqdimatını səbirsizliklə gözləyir. Bəzi “işbazlar” isə hətta cihazın 3D printerdə çap edilmiş korpusunu satmağa başlayıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub