İspaniyanın Məlumatların Mühafizəsi Agentliyi (AEPD) "Facebook" sosial şəbəkəsini 1,2 mln. avro həcmində cərimələyib.
Mynews.az xəbər verir ki, AEPD bu qərarı sosial şəbəkənin müştərilərinin şəxsi məlumatlarından xəbərdarlıq etmədən istifadə etməsinə görə verib.
"Agentlik ümumilikdə 3 ciddi hüquq pozutunsu ilə əlaqədar açıqlama yayıb. Onlardan biri olduqca ciddi hesab edilir. Bununla əlaqədar olaraq, AEPD "Facebook"u 1,2 mln. avro həcmində cərimələyib. Bu məbləğin 300 min avrosu müvafiq olaraq iki hüquq pozuntusu, 600 mini isə digər hüquq pozuntusu üçün nəzərdə tutulub", - deyə AEPD-dən bildirilib.
Məlum olub ki, "Facebook" istifadəçinin ideologiya, cins, dini inanclar, şəxsi fikirləri və ya yerdəyişməsinə dair bilgilərini məlumat vermədən istifadə edir. (report)
1
Şuşanın iki kəndinə köç olacaq
504 dəfə oxunub
2
Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA
489 dəfə oxunub
3
Hava dəyişir - Leysan yağacaq,dolu düşəcək
434 dəfə oxunub
4
Türkiyəli məşhurlar saxlanıldı
405 dəfə oxunub
5
Yas yerində zəhərlənənlərin son durumu - 19 nəfər...
404 dəfə oxunub