İnternetdə hər 5 istifadəçidən birinin parolu oğurlanıb.
Mynews.az bildirir ki, Benkow adlı təhlükəsizlik üzrə parisli mütəxəssis 711 milyon elektron poçt ünvanının cəmləşdiyi və onların parollarının olduğu vahid məlumat bazası aşkar edib. Bu barədə iflscience məlumat yayıb.
Məsələnin ciddiliyini nəzərə alaraq, mütəxəssislər təklif edir ki, təcili bunları etmək lazımdır: haveibeenpwned.com saytında öz elektron poçtunuzun ünvanını daxil edin, əgər sizin poçtunuzun ünvanı oğurlanmışların arasında olarsa, o zaman qırmızı, olmazsa yaşıl bildirişlə rastlaşacaqsınız.
Bunun üçün sadəcə poçt ünvanınızı daxil edin və "pwned?" düyməsini basın.
Əgər sizin poçtunuz təhdid altındadırsa - nəticə qırmızı rənglə işıqlandırılacaq. Bu zaman dərhal parolu dəyişin!
Əgər sizin e-mailiniz bu məlumat bazasında yoxdursa - nəticə yaşıl rəngdə işıqlandırılacaq.
Sayt Troy Hant adlı təhlükəsizlik üzrə məşhur ekspertə aiddir. Onun sözlərinə görə, bu ən böyük vahid bazadır.
Avstraliyalı internet-təhlükəsizliyi üzrə mütəxəssis Troy Hant parolları qıran proqramların öyrənilməsi ilə məşğul olur. O, həmçinin məşhur proqram istehsalçısı, jurnalist və Microsoft şirkətinin proqram memarıdır. (publika.az)


1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub