“Facebook” şirkəti videozənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb.
Mynews.az xəbər verir ki, yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, “Snapchat” üslubunda üzlərini maskalaya, eləcə də, “Instagram”, “Facebook” və “Messenger” vasitəsilə ekrandan çəkilən şəkilləri (screenshot) mübadilə edə bilərlər.
Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın “iOS” platformalı qurğu istifadəçiləri yararlana bilərlər. “Facebook” nümayəndələrinin sözlərinə görə, “Bonfire” hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.
Əlavə “Facebook Messenger” istifadəçiləri ilə əlaqə qurmağa imkan verir. Bundan başqa, dəvət olunmuş həmsöhbətlər video ünsiyyətə proqramı quraşdırmadan qoşula bilərlər.
1
Şuşanın iki kəndinə köç olacaq
504 dəfə oxunub
2
Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA
489 dəfə oxunub
3
Hava dəyişir - Leysan yağacaq,dolu düşəcək
434 dəfə oxunub
4
Türkiyəli məşhurlar saxlanıldı
405 dəfə oxunub
5
Yas yerində zəhərlənənlərin son durumu - 19 nəfər...
404 dəfə oxunub