“Facebook” son fövqəladə vəziyyətlər barədə məlumatları bölüşəcək yeni “Crisis Response” bölməsini açır.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook”un mətbuat xidməti xəbər yayıb.
"Crisis Response” yaxın həftələr ərzində desktopun əsas səhifəsi və ya mobil əlavədəki menyu düyməsi vasitəsilə fəaliyyətə başlayacaq. Orada istifadəçinin təhlükəyə düşdüyü zaman bütün dostlar və yaxınları xəbərdar etmək üçün imkanı yaradılacaq. Həmçinin baş verən fövqəladə hal barəsində məqalələrə keçidlər, şəkil və videolar bu bölmədə toplanacaq.
Yeni bölmədə “icmalara dəstək” funksiyası da olacaq. İnsanlar bu funksiyanın köməyi ilə yardım istəmək və ya xəsarət alanlara yardım etməklə bağlı müraciət edə biləcəklər. Fandreyzinqi işə salmaq imkanı da var ki, onunla da fövqəladə vəziyyətdən xəsarət alanlara kömək əldə etmək mümkündür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub