Naməlum hakerlər 130 milyon nəfər “Windows” istifadəçisi tərəfindən istifadə edilən populyar “CCleaner” proqramına hücum təşkil ediblər.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, hakerlər ziyanverici kodu avqustun 15-də və 24-də müvafiq olaraq istehsal edilmiş “CCleaner 5.33.6162”, həmçinin “CCleaner Cloud 1.07.3191” versiyalarına yükləyə biliblər.
Onların istifadəyə verilməsindən sonra məlum olub ki, əlavə ABŞ-da yerləşən serverə kompüter istifadəçiləri haqqında məlumatları ötürür.
Virusa yoluxmuş “CCleaner” versiyalarının ötürdükləri məlumatlar arasında kompüterin adı və İP ünvanları, həmçinin kompüterə yüklənmiş əlavələrin siyahısı da mövcuddur. Hazırda ABŞ hökumətinin göstərişi ilə bu server söndürülüb.
“Pirinform” şirkətində isə hesab edirlər ki, virusa yoluxmuş versiyanı “CCleaner” istifadəçilərinin 3 faizi öz kompüterlərinə yükləyə bilər. Bu isə təxminən 2,3 milyon nəfərə bərabərdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub