ABŞ-ın “Apple” korporasiyasının bazar dəyəri azalaraq, son 17 ayın ən neqativ göstəricisinə düşüb.
Mynews.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, sentyabrın 22-də şirkət səhmlərinin dəyəri 1,6% azalıb, sentyabrın 18-dən bəri isə ümumilikdə səhmlər 5,2% ucuzlaşıb. Nəticədə korporasiyanın bazar dəyərində 43 milyard dollar dəyərində ucuzlaşma baş verib.
Səbəb sentyabrın 22-də satışına başlanan yeni “Apple Watch” ağıllı saatlarında qüsur aşkarlanmasıdır. Belə ki, saatlarda şəbəkəyə qoşulma problemi var. Bundan başqa, analitiklər “iPhone 8”-lə bağlı neqativ proqnoz veriblər. Onların fikrincə, bu model “iPhone 7”dən çox az fərqlənir. Ekspertlər hesab edir ki, “Apple” pərəstişkarlarının əsas diqqətinin “iPhone X”-a yönəlməsi də “iPhone 8”-in satışına neqativ təsir göstərəcək. “iPhone X” noyabrın əvvəlində satışa çıxarılacaq.
Qeyd edək ki, “iPhone X”, “iPhone 8” və 3-cü nəsil “Apple Watch” sentyabrın 12-də rəsmən təqdim olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub