Artıq bir müddətdir ki, Dubayda müzakirə edilən uçan taksilər üçün ciddi sınaqların keçirilməsinə başlanılıb. Dubat 2030-cu ilə qədər ölkəsindəki sərnişinlərin 4-də birini uçan taksilərlə daşımağı planlaşdırır.
Mynews.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Otonom Hava Taksisi (AAT) adı verilən uçan taksilər həyata keçdiyi zaman dünyanın ilk “öz-özünə uçan taksi xidməti” olacağı bildirilir.
Elektriklə işləyən AAT saatda 50 km/ saat sürətlə maksimum 30 dəqiqə uça bildiyi deyilir.
Avtomobilin havada yığa biləcəyi maksimum sürət saat 100 km-dir. Keçirilən sınaqlarda uçan taksilər 200 metr yüksəkliyə qədər qaldırılıb.
Sınaqları keçirilən avtomobillər 18 pərvanəli helikopter dron hibridləri ilə tanınan və Almaniya istehsalı olan “Volocopter” tərəfindən hazırlanıb.
AAT avtomobilləri fövqəladə vəziyyətlərdə istifadə olunması üçün paraşütlər və 9 batareya sistemi ilə təchiz olunub. Hər bir batareyanın enerji yığması 2 saat çəkir. Lakin yaxın zaman çərçivəsində bu müddətin azaldılacağı bildirilir.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub