Son günlər ölkə ərazindəki internetin sürətində azalma müşahidə olunur.
Bunu həm mobil operatorlarda, həm də müxtəlif provayderlərdə müşahidə etmək mümkündür. Maraqlıdır, sürətin azalmasına səbəb nədir?
Bununla bağlı Metbuat.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, internetin zəif olması ona cavabdeh olan qurumların fəaliyyətinin yetərli olmaması ilə bağlıdır:
“Doğrudur, sürət kifayət qədər azalıb. Fikrimcə, bu sahəyə nəzarət etməli olan qurumlar son dövrlər bu işləri xeyli zəiflədiblər. Bu gün həm mobil, həm də digər texnologiyalar üzrərindən verilən provayderlərin xidməti ilə bağlı hər hansı monitorinq yoxdur. Bundan istifadə edən bəzi provayderlər daha çox qazanamaq üçün internetin sürətini azaldıb, özlərinin digər yeni müştərilərinə satırlar. Az alıb, çox satırlar. İnternetin sürətinin azalması bununla bağlıdır. Mənə elə gəlir ki, qurumlar bu sahədə montoriq aparmalı, tədbirlər görməlidir. Əks təqdirdə, bu vəziyyət pisləşməkdə davam edəcək”.
1
Ölkədən çıxışına qadağa qoyulub - Aylardır övladlarını görə bilmir
588 dəfə oxunub
2
Bu ərazilərə yağış yağır – Faktiki hava
569 dəfə oxunub
3
WUF13-ün ilk günü nazirlərin bəyanatı ilə yekunlaşdı
564 dəfə oxunub
4
Şuşanın iki kəndinə köç olacaq
469 dəfə oxunub
5
Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA
456 dəfə oxunub