"LG" şirkətinin yeni smartfonu, istifadəçinin qanına bələd olan ağcaqanadları qovmaqda yardımçı olacaq.
Belə ki, LG K7i smartfonunun arxa panelində Mosquito Away adlı qapaq var. Həmin qapaq, ultrasəs vasitəsilə ağcaqanadları uzaqda saxlamağa imkan verir. Qeyd etmək lazımdır ki, Mosquito Away texnologiyası, şirkətin bir sıra televizor və kondisionerlərində istifadə olunur. Lakin smartfonda bu texnologiya ilk dəfədir ki, istifadə olunur.
Mynews.az technote.az-a istinadən bildirir ki, LG K7i cihazının arxa panelindəki olan səsgücləndirici, ultrasəs dalğaları yaradır. Həmin ultrasəs dalğaları, insan üçün tamamilə zərərsizdirlər. Lakin şirkətin verdiyi məlumata inansaq, ağcaqanadlar bu cür səs dalğalarına dözə bilmirlər. İsti günlərdən başqa, smartfonun arxa panelindəki qapağı, adi versiyaya dəyişmək olar.
Texniki göstəricilərinə gəldikdə isə LG K7i, 5 inç-lik IPS ekran, 1.1 GHz tezlikli 4 nüvəli prosessor, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), 2500 mAh enerji tutumlu batareya, 8 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Bununla yanaşı o, barmaq izi skanına da sahibdir. Hindistanda bu model, 122$ qiymətinə satılır. Lakin çətin ki, LG K7i, digər bazararda da satışa çıxsın.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub