Məşhur İnstaqram sosial şəbəkəsi yeniliklərin inkişafını və tətbiqini davam etdirərək iki cavab variantından ibarət kiçik sorğunun keçirilməsinə imkan verən “Stories” bölməsini yeniləyib.
Axşam.az ICTnews-a istinadən xəbər verir ki, hazırda yenilənmədən bütün istifadəçilər yararlana bilməsə də, tezliklə onu hamı sınaqdan keçirmək imkanı əldə edəcək.
Məlumata görə, sorğu tarixçə ilə birlikdə bir gün sonra avtomatik silinir. Səsvermədə iştirak edən bütün istifadəçilər nəticələri real vaxt rejimində görə biləcək. Bundan başqa, sorğu yaradıcısı öz abunəçilərindən kimin hansı varianta səs verməsini izləmək imkanına malik olur.
İstifadəçi, həmçinin cavab variantları üçün rəng seçmək imkanından yararlana biləcək. Xüsusi “Eyedropper tool” aləti isə mətnin rəngini fona uyğun seçməyə kömək edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub