Ekspertlər dünyanın ən populyar smartfon modellərinin akkumulyator batareyalarının avtonom iş müddətinin təhlilini aparıblar.
Mynews.az ICTnews-a istinadən xəbər verir ki, smartfonlar arasında bu göstərici üzrə ən yaxşı nəticəni avtonom iş vaxtı 10 saat təşkil edən testdən uğurla keçən “iPhone 8 Plus” modeli nümayiş etdirib. Bu göstərici üzrə ikinci yeri “HTC U11” smartfonu tutub.
Mütəxəssislərin fikrincə, “iPhone 8 Plus” modelinin akkumulyatorunun keyfiyyətli və öz potensialına qənaət edərək işləməsinə qurğuda istifadə olunan “A11 Bionic” prosessoru xidmət edir.
Bundan başqa, ekspertlər tərəfindən “Android” sistemli qurğuların akkumulyator batareyalarının enerjisinin “iPhone” modelləri ilə müqayisədə daha tez bitməsi qeyd olunub. Bununla yanaşı, onların enerji ilə doldurulma prosesinin iki dəfə tez olması üstünlük təşkil edir.
Bildirilir ki, “Apple” şirkətinin bu uğuruna baxmayaraq, ABŞ istehsalçısının məhsullarının populyarlığında tədricən azalma müşahidə olunur. Belə ki, 2015-ci ilin ilk altı ayı ərzində şirkətin 4,7 düym ekranlı smartfonlar bazarında payı 10 faiz təşkil etdiyi halda, bu il iki dəfə azalma qeydə alınıb.
Qeyd edək ki, bir müddət əvvəl elektron qurğular bazarı üzrə analitiklər lider smartfon istehsalçıları qarşısında avtonomluq daxil olmaqla, müəyyən vəzifələrin qoyulmasını açıqlayıblar.
1
Rusiyada xərçəngə qarşı peyvənd tətbiq olundu
615 dəfə oxunub
2
Məşhur müğənninin ailəsində ağır itki
601 dəfə oxunub
3
Ölkədən çıxışına qadağa qoyulub - Aylardır övladlarını görə bilmir
543 dəfə oxunub
4
Bu ərazilərə yağış yağır – Faktiki hava
527 dəfə oxunub
5
WUF13-ün ilk günü nazirlərin bəyanatı ilə yekunlaşdı
524 dəfə oxunub