USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar

23:55 30.01.2017
Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar
23:55 30.01.2017
Müasir litium-ion akkumulyatorlarının əsas çatışmazlıqlarından biri onların alışması və partlamasıdır. Smartfonlar daxil olmaqla müxtəlif qurğularda mütəmadi belə hallar baş verir. Məsələn, məhz akkumulyator batareyasının defekti "Samsung Galaxy Note 7" smartfonlarının öz-özünə yanmasına əsas səbəb kimi göstərilir.
 
Stenford Universitetinin alimləri bu problemin həlli kimi oda davamlı litium-ion akkumulyator prototipini hazırlayıblar.
 
Litium-ion batareyalarının alışıb yanması ilə mübarizə metodu trifenilfosfat adlı maddədən istifadəyə əsaslanır. Bu maddə akkumulyatorun elektrodlarını bir-birindən ayıran və plastikdən hazırlanmış ayırıcılara əlavə olunur. Batareya 150 selsi dərəcəyə qədər  qızdıqda ayırıcılar əriməyə başlayaraq trifenilfosfat maddəsi buraxırlar ki, bu da alışmanın qarşısını alır. (ictnews) /

Texnologiya

Xəbər lenti